Müxtəlif telekommunikasiya xidmətləri təklif edən internet televiziya şirkəti “Beeonline” ASC-nin səhmdarları dəyişdiriləcək.
"Fins.az" xəbər verir ki, bununla əlaqədar noyabrın 18-də şirkətin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Yığıncaq ASC-nin hüquqi ünvanı - Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 121 ünvanında baş tutacaq.