BİZNES

28 Sentyabr

Kreml referendumdan sonra xüsusi əməliyyatın davam edib-etməyəcəyinə aydınlıq gətirib

Kreml yeni ərazilərin Rusiyaya birləşdirilməsindən sonra Ukraynadakı xüsusi əməliyyatın davam edib-etməyəcəyinə aydınlıq gətirib.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Donetsk Xalq Respublikası”nın bütün ərazisini azad etmək lazımdır.

Kremlin sözçüsü ərazilərin birləşdirilməsindən sonra xüsusi hərbi əməliyyatın antiterror əməliyyatına çevrilib-çevrilməyəcəyi ilə bağlı suala isə belə cavab verib: "Bundan xəbərim yoxdur. Hər halda, bu, yalnız ölkə prezidentinin, Ali Baş Komandanın qərarı ola bilər".

Peskov hazırda keçirilmiş referendumlarla bağlı Putinin xalqa müraciət etməyi planlaşdırmadığını da söyləyib.