BİZNES

27 Sentyabr

Almaniya səfiri Mikayıl Cabbarovla əməkdaşlıq perspektivlərini müzakirə edib

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla ölkələr arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

"Fins.az" xəbər verir ki, səfir bu barədə özünün "Twitter" hesabında qeyd edib.

O bildirib ki, Almaniya və Azərbaycan güclü iqtisadi tərəfdaşlardır. Səfir səmərəli görüşə görə nazir Mikayıl Cabbarova təşəkkür edib.