BİZNES

26 Sentyabr

Bakı və Minsk rabitə və İKT sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev Belarusun rabitə və informasiyalaşdırma naziri Konstantin Şulqanla görüşüb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

"Fins.az" xəbər verir ki. görüş zamanı tərəflər rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

“Tərəflər rabitə və informasiyalaşdırma sahəsində Belarus-Azərbaycan əməkdaşlığının müsbət nəticələrini, konstruktiv qarşılıqlı fəaliyyətin, o cümlədən də müxtəlif beynəlxalq tədbirlərdə qarşılıqlı iştirak çərçivəsində əlaqələrin genişləndirilməsi məsələlərini qeyd ediblər”, - deyə məlumatda qeyd olunur.

Baxşəliyev və Şulqan rabitə və informasiyalaşdırma sahəsində əməkdaşlığın inkişafı ilə bağlı gələcək addımları müəyyən ediblər