BİZNES

26 Sentyabr

Azərbaycanda bu sahənin reklam gəlirləri 42 milyon 300 min manat olub

Audiovizual Şuranın açıqladığı göstəricilərə görə, ötən il Azərbaycanda audiovizual industriya bazarının toplam reklam gəlirləri 42 milyon 300 min manat olub.

"Fins.az" xəbər verir ki, bu göstərici sırf ümumölkə yayımçısı sayılan 11 telekanala və 12 radioya məxsusdur. Qeyd edilən məbləğin 85 faizi, yəni 35 milyon 900 min manatı telekanalların payına düşür. Həmin telekanallar AZTV, Mədəniyyət TV, İdman TV, İTV, Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, CBC Sport TV və Real TV-dir. Qurumun açıqlamasında həmin telekanalların bazar paylarına yer verilməyib.

Yerdə qalan 15 faizlik – 6 milyon 400 min manat radio kanallarının əldə etdiyi reklam gəlirləridir. Qeyd edək ki, Azərbaycan Radiosu, İctimai Radio, Space Radio, Azad Azərbaycan Radiosu, 106FM, ASAN Radio, Avto FM, Radio TMB, Radio Enerji, Xəzər FM, Araz Radiosu və Media FM ümumölkə yayımçısı sayılan radiolardır.