BİZNES

26 Sentyabr

Türkiyənin Azərbaycanda kafel-metlax sənayesinə investisiya qoyuluşu müzakirə olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Türkiyənin “Bermmak” şirkətinin Baş direktoru Hıdır Akyürek ilə görüşüb.

"Fins.az" xəbər verir ki, Agentliyin rəhbəri bu barədə “Twitter“ hesabında yazıb.

O qeyd edib ki, görüşdə şirkətin Azərbaycana kafel-metlax sənayesinə investisiya qoyuluşu imkanları nəzərdən keçirilib.

Şirkətin nümayəndə heyəti KOBİA-nın dəstək xidmətləri barədə məlumatlandırılıb.