Peyk texnologiyaları ciddi araşdırılmalı, milli maraqlar tələb edərsə müdaxilə imkanları protokollaşdırılmalıdır
"Fins.az" xəbər verir ki, bunu informasiya texnologiyaları üzrə ekspert Fərhad Mirəliyev Starlink-in interneti İranda artıq aktivləşdirilməsinə münasibət bildirərkən deyib.
O bildirib ki,Starlink-in milli maraqlara təhlükəli ola biləcəyi haqqında bundan əvvəl fikirlərimi açıqlamışdım. Bu vaxt ərzində nə dəyişdi? Starlink bütün kontinentlərdə internet xidmətinin aktiv olduğunu bəyan etdi. ABŞ daha bir sahədə söz sahibi olmağa çalışır.
Fərhad Mirəliyev Starlink-in dövlətlərin informasiya informasiya təhlükəsizliyinə təhlükə olması ilə bağlı fikirlərini bölüşərək "Milli təhlükəsizliyin tərkib hissəsi olduğunu nəzərə alsaq, SpaceX istənilən dövlətin ərazisində istədiyi informasiya mühitini formalaşdıra biləcək. Bəs yerli hökümət?! Sadəcə bacardığı qədərinə müdaxilə edəcək, bacarmadığına seyrçi qalacaq. Pizza ölçüsündə peyk qəbuledicisini necə aşkarlamaq olarki?!
İnformasiya Texnologiyaları üzə mütəxəssis bildirib ki, Blinken bu günlərdə İran ərazisinə internet xidmətinin təqdim edilməsinə icazə verən lisenziyasını SpaceX şirkətinə təqdim edib, bundan əvvəl də çağırışlar etdi ki, iran xalqının informasiyaya çıxış imkanlarını dəstəkləmək üçün ABŞ höküməti tədbirlər görür v s. Burda məsələ o deyil ki, haqlı və ya haqsız olaraq kömək edir, məsələ bunun istənilən dövlərin ərazisində tətbiq edilməsi imkanıdır. Təsəvvür edirsiniz ki, milli hökumətlərin informasiya siyasətinə kənardan müdaxilə edilir, ABŞ maraqlarına uyğun informasiya mühiti, informasiya xaosu və s. təsirlər ola bilir. Hərbi infrastrukturun yükəsk texnologiyalara əsaslanan komponentləri müdaxiləyə məruz qalır. Hər-halda Starlink interneti İranda artıq aktivləşdirdi. Bundan sonra Iran rəsmiləri Starlink-in saytını blok edib, bu fəaliyyəti İran suverinitetinə zorakılıq adlandırıb. Məlumatlar varki, İran peyk kanallarına qarşı "satellite jamming" texnologiyasını tətbiq edirki, bu da insan sağlamlığına mənfi təsir göstərir.
Fərhad Mirəliyevin fikrincə "Signal tətbiqinin İranda qadağan olunmasına baxmayaraq, şirkət tərəfindən proksi serverlərin yaradılması və ondan istifadə edərək tətbiqin aktivləşdirilməsi üzrə çağırışlar edilir. Bir dövlətin informasiya mühitini ələ keçirmək üçün cəhdləri müşahidə edirik."-deyə qeyd edib.
O yerli ekspertlərin Starlink layihəsinə xiilaskar kimi yanaşmasına da toxunaraq "Yerli eksperlər isə Starlink layihəsinə xilaskar bir texnologiya tərəfdən yanaşaraq, yerli məsul qurumları Starlink ilə əməkdaşlığa çağırırlar. Görəsən ətrafda baş verənlər bu ekspertlərin diqqətini çəkmir? Fikrimcə peyk texnologiyaları ciddi araşdırılmalı, milli maraqlar tələb edərsə müdaxilə imkanları protokollaşdırılmalıdır."-deyə əlavə edib.
Müəllif: Aynur Qəniyeva