BİZNES

26 Sentyabr

Sahibkarlığın İnkişafı Fondu 292 milyon manatlıq zəmanət verib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2020-ci ilin iyun ayından bu il sentyabrın 1-nə qədər Azərbaycanda dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 milyon manat olan 2 630 müraciətinə 291,8 milyon manat zəmanət verib.

Fins.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.

"Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 34,3 milyon manat subsidiya ödənilib", - deyə o qeyd edib.