BİZNES

25 Sentyabr

Gəncədə GİAB-la Hindistan Respublikasının nümayəndələri  ilə görüş keçirilib

Bu gün Hindistan Respublikasının Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili cənab Binay Kumar Gəncə şəhərində təşkil olunan Hindistan günləri sərgisində iştirak üçün Gəncəyə səfərə gəlmişdi. Səfər zamanı biz də - Gəncə İş Adamları Birliyi olaraq vəkil Binay Kumar ilə işgüzar görüş keçirdik. Görüşdə GİAB idarə heyətinin üzvü Bünyad Balakişiyev, GİAB üzvləri Mirməhəmməd Məmmədov, Vüqar Vəzirov, Yusif Abbasov da iştirak etdilər.

Görüş zamanı Hindistan və Azərbaycan arasında iqtisadi münasibətlər, biznes əməkdaşlıqları, iş adamlarının qarşılıqlı əlaqələrinin yaradılmağı, investisiya imkanları və digər bu kimi mövzularda geniş müzakirələr aparıldı.

Görüşdən sonra vəkil Binay Kumarı 2020-ci ildə dinc sakinləri hədəf alan erməni mənfurları tərəfindən raket atəşi nəticəsində Gəncədə dağıdılan, bombardman edilən yerlərə apardıq, erməni vandalizmdən, Azərbaycana qarşı edilən təxribatlardan, torpaq iddialarından və digər qara məkirli davranışlarından ətraflı danışıb məlumatlandırdıq.