BİZNES

23 Sentyabr

Qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 22 faizdən çox artıb

Qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi bu ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5% artıb.

Fins.az xəbər verir ki,  bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, bu, iqtisadi artımın davamlı olması və işgüzar fəallıq üçün mühüm göstəricidir.

"Bu göstərici 2021-ci ilin yanvar-avqust aylarında 2020-сi ilin eyni dövrünə nisbətən 11,3% aşağı idi", - M.Cabbarov yazıb.