BİZNES

23 Sentyabr

İsveçrə şirkəti ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Cenevrədə “Azərbaycan 2022: Avropa və Asiya üçün enerji mənbəyi və logistika mərkəzi” mövzusunda Dəyirmi Masa keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA)  verilən məlumata görə, tədbirdə Azərbaycanda KOB-lara göstərilən dəstək və xidmətlərə, ölkənin investisiya potensialına, logistika və enerji imkanlarına dair təqdimatlar keçirilib.

Həmçinin tədbir çərçivəsində KOBİA, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC) və “Swiss Alternative Financing” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.