Vəsait qoyuluşları çərçivəsində 2022-ci ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 674 milyon 786 min manat vəsait yönəldilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə bu da bir il öncəki göstəricidən 1,6 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 644 milyon 911 min 800 manatı və ya 95,6 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.