Muxtar respublikada 2022-ci ilin yanvar-avqust aylarında 1 milyard 939 milyon 834 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,4 faiz çoxdur.
"Fins.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4182,5 manat olub.