Bir çox kiberhücumların ölkəyə daxil olmasını sərhədlərimiz daxilində backbone provayderlər vasitəsilə bloklayırıq
"Fins.az" xəbər verir ki, bunu 2-ci “Beynəlxalq Kibertəhlükəsizlik Günü”-nə həsr olunan "Kibertəhlükəsiz iqtisadiyyatlar: innovativ yanaşma və həllər" adlı tədbirdə baş tutan mətbuat konfransında, jurnalistlərə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
O bildirib ki, VPN-lərin təhlükəsi ilə bağlı mən başqa aspektdən yanaşmaq istəyirəm. Bir çox kiberhücumların ölkəyə daxil olmasını sərhədlərimiz daxilində bbackbone provayderlər vasitəsilə bloklayırıq.Bu yoluxma linkləri və ya backbone linkləri ilə bloklandığı təqdirdə istifadəsi zamanı ölkədən birbaşa xarici serverlərə qoşulmuş olursunuz.
Tural Məmmədov təhlükəsizlik baxımından bu qoşulmanın etibarlı olmadığına diqqəti cəlb edərək “Qoşulma nəticəsində sizin daha asan formada yoluxma ehtimalınız artır. Bu baxımdan təhlükə subyekti olma ehtimalınız artır”,-deyə bildirib.
Müəllif: Aynur Qəniyeva