BİZNES

21 Sentyabr

ÜDM qeyri neft-qaz sektoru üzrə 10,3% artıb-Mikayıl Cabbarovdan açıqlama

 Bu ilin yanvar-avqust aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8% artaraq 84 mlrd. 880,4 mln.manat  qeyri neft-qaz sektoru üzrə isə 10,3% artaraq 43 mlrd. 303,5 mln. ₼ olub.

"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb.

O bildirib ki, qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib. Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-avqust aylarına nisbətən cəmi 5,7% artmışdı.

Müəllif :Aynur Qəniyeva