87 dövlət qurumu var ki,öz daxilində informasiya təhlükəsizliyi qaydalarını təstiq edərək tətbiq edir.
"Fins.az" xəbər verir ki, bunu 2-ci “Beynəlxalq Kibertəhlükəsizlik Günü”-nə həsr olunan "Kibertəhlükəsiz iqtisadiyyatlar: innovativ yanaşma və həllər" adlı tədbirdə çıxış edərkən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
O bildirib ki, tərəfimizdən bütün dövlət qurumlarına “Nümunəvi İnformasiya təhlükəsizliyi qaydaları” adlı sənəd göndərilib.Həmin sənəddə dövlət qurumların informasiya təhlükəsizliyi ilə bağlı qaydalar öz əksini tapıb. Hazırda 87 dövlət qurumu var ki, öz daxilində informasiya təhlükəsizliyi qaydalarını təstiq edərək tətbiq edir.
Tural Məmmədov təmsil etdiyi qurum tərəfindən təqdim oluna digər Kibertəhlükəsizlik həlli barədə də məlumat verərək “Tərəfimizdən xüsusi əhəmiyyətli konfrans və tədbirlər üçün xüsusi proqram təminatlı konfrans sistemi yaradılıb.Xüsusi əhəmiyyətli konfransların təşkili məhz bizim hazırladığımız sistem üzərindən həyata keçirilir,”-deyə əlavə edib.
Müəllif:Aynur Qəniyeva