2026-cı ildə isə 80% son istifadəçilərin və təşkilatların kibertəhlükəsizliyinin vahid platforma üzərindən təmin olunması hədəflənib
“Fins.az” xəbər verir ki, bunu 2-ci “Beynəlxalq Kibertəhlükəsizlik Günü”-nə həsr olunan "Kibertəhlükəsiz iqtisadiyyatlar: innovativ yanaşma və həllər" adlı tədbirdə çıxış edərkən, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının idarə heyətinin sədri Rahid Ələkbərli deyib.
O bildirib ki, kiberbarometr layihəsinin ölkə miqyasında olması üzərində işləyirik.O layihədə maraqlı olan tərəfdaşlara BP çərçivəsində olan barometrin xüsusi indikatorları var o indikatorların ümumilikdə neft və energetika sektorunda olan təşkilatların sektor üzrə göstəricilərini və iqtisadiyyatın digər sektorları üzrə olan göstəricilərin toplanması ilə ölkənin kiber hazırlığını qiymətləndirməyi hədəfləyirik.
Rahid Ələkbərli bu sahədə həyata keçirilməsi planlaşdırılan layihələrə də diqqəti cəlb edərək “Bu olduqca vacib bir məsələdir.Ona görə ki,2026-cı ildə isə 80% təşkilatlar son istifadəçilərin öz fəaliyyətlərində həm veb həm də blud texnologiyalarının və digər informasiya sistemlərinin vahid bir platformada son istifadəçi platforması üzərindən təhlükəsizliyinin və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində hazırlıqlar gedir.”-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva