"BP Azərbaycan" şirkətinin işçilərimiz il ərzində bir dəfə kibertəhlükəsizlik testindən keçirlər.
Bunu Bakıda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Konfrasında şirkətin vitse prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
"Bu gün Azərbaycanın neft-qaz infrastrukturuna təhdidlar arasında kibertəhdidlər daha üst səviyyədədir. Əgər onlayn müdaxilə yolu ilə təzyiq və yaxud temperatur artırılarsa, bu bəs edər ki, nəsə baş versin. Şirkət daxilində işçilər il ərzində bir dəfə kibertəhlükəsizlik testindən keçirlər. Bu test ümumi bala, bonus sisteminə və başqa məsələlərə təsir edir. BP-də əsas diqqət edilən məsələlərdən biri də "fishing mail"lərdir. İl ərzində kənardan şirkətə 600 "fishing mail" daxil olur. Həmçinin şirkətin daxilində işçilərin sayıqlığını yoxlamaq üçün onlara "fishing mail"lər göndərilir", - deyə o qeyd edib.