BİZNES

20 Sentyabr

Azərbaycanda bu şirkət kapitalını 1 milyon manat AZALDIB

“Agroterm” MMC (iri pomidor istehsalçısı və ixracatçısı) nizamnamə kapitalının azaldılması ilə bağlı qərar qəbul edib.

"Fins.az" xəbər verir ki, bu barədə şirkətin Dövlət Vergi Xidməti tərəfindən yayımlanan elanında məlumat verilir.

Məlumata görə, nizamnamə kapitalı 1 milyon manat azaldılıb.

“Agroterm” MMC-nin nizamnamə kapitalı 24 milyon 712,455 min manat təşkil edirdi. Beləliklə, nizamnamə kapitalı 4% - 23 milyon 712,455 min manata qədər azaldılıb.

Şirkət nizamnamə kapitalının azaldılmasının səbəblərini açıqlamır.

“Agroterm” MMC 2017-ci il aprel ayının 14-də dövlət qeydiyyatına alınıb. Şirkət Xızı rayonunda fəaliyyət göstərir.