BİZNES

19 Sentyabr

Orxan Məmmədov Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyinin sədr müavini ilə görüşüb

Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyinin nümayəndə heyəti KOBİA-da olub

"Fins.az" xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və nümayəndə heyətinin rəhbəri, Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyinin sədr müavini İlxom Xalpayev arasında keçirilmiş görüşdə ötən gün Şuşada keçirilmiş Türk Biznes Forumunda iki qurum arasında imzalanmış Yol Xəritəsinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.