Bu ilin yanvar-avqust aylarında Azərbaycana 70 149,22 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 15% artıb.
Bu ilin iyul ayı ilə müqayisədə isə avqustda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 1 309,62 min dollar və ya 14,1% artıb. Avqust ayında ölkəyə 10 590,39 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, bu ilin ilk səkkiz ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,79% bərabər olub.