Statistikaya nəzər salsanız, görə bilərsiniz ki, 5 il əvvəl Ryazan vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi cəmi 6,5 milyon dollar təşkil edirdi, hazırda isə bu rəqəm iki dəfə artaraq 12 milyon dollaradək yüksəlib.
"Fins.az" xəbər verir ki, bunu Rusiyanın Ryazan vilayəti hökumətinin sədr müavini Artyom Nikitin deyib.
O bildirib ki, bu, son hədd deyil. Əminəm ki, Bakıda fəaliyyətə başlayan salonumuz sayəsində yaxın 1-2 il ərzində dövriyyəmizi iki dəfə artırmağa nail olacağıq. Bunun üçün əsas hər iki tərəfin iş adamlarının marağını cəlb etməkdir. Göstərmək istəyirik ki, biz təkcə satış üçün gəlməmişik, təbii ki, öz ehtiyaclarımız da var və Azərbaycanın yerli məhsullarını almağa hazırıq