BİZNES

19 Sentyabr

Azərbaycanda mövsimi vergilərin tətbiq olunması təklif edilir

Azərbaycanda mövsimi vergilərin tətbiq olunması təklif edilir.

Fins.az-ın xəbərinə görə, bu təkliflə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat İqbal Məmmədov çıxış edib.

O bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməlidir:

“Bununla bağlı bizə kifayət qədər məktublar daxil olur. Rayonlarda elə vergilər var ki, onlar mövsümlə bağlıdır. Ona görə də bu məsələnin iş planına daxil edilməsini təklif edirəm”.

© Report