BİZNES

15 Sentyabr

Qeyri-neft sektoru üzrə isə 0.3 mlrd. dollar profisit olub

Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.9 mlrd.$ kəsir, qeyri-neft sektoru üzrə isə 0.3 mlrd.$ profisit olub.

"Fins.az" Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin 6 ayı üzrə nəticədə ilkin gəlirlər balansında kəsir 4.8 dəfə artaraq 2.6 mlrd.$ təşkil etmişdir. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4 mlrd.$ olub. 

Məlumata görə,bunun 83.1%-i 3.3 mlrd.$ olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir. Bu məbləğin isə əsas hissəsini (2.9 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2.8 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri- 13 Tədiyə balansı hesabatı rezidentlərə ödənilən faizlər (168.3 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (150.1 mln. $) və digər ödənişlər (118.5 mln.$) təşkil edib.

Müəllif:Aynur Qəniyeva