Azərbaycan hökuməti ölkənin uzunmüddətli inkişaf vektorunu və sosial-iqtisadi və iqtisadi inkişafa aparan yolları müəyyən edir.
"Fins.az" xəbər verir ki, xəbər verir ki, bunu 6-cı CAREC Beyin Mərkəzlərinin İnkişaf Forumu çərçivəsində çıxış edərkən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
O bildirib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə böyük önəm verir. Ölkəmiz 2021-2030-cu illəri əhatə edən bu yeni post-pandemiya və münaqişədən sonrakı dövrdə strateji mərhələyə qədəm qoyur. Qlobal tendensiyaları və çağırışları qəbul edən Azərbaycan hökuməti ölkənin uzunmüddətli inkişaf vektorunu və sosial-iqtisadi və iqtisadi inkişafa aparan yolları müəyyən edir. 2030-cu ilin prioritetləri ilə uyğunlaşdırılmış milli prioritetlər vasitəsilə ətraf mühitin inkişafı nəzərdə tutulur.
Nazir müavini qeyd edib ki, qlobal miqyasda Azərbaycan əhəmiyyətli maliyyə resursları ilə dəstəklənən sabit və dayanıqlı iqtisadiyyata, güclü geosiyasi və geoiqtisadi mövqeyə malik olmaqla dünyanın enerji təhlükəsizliyinə strateji töhfə verən ölkəyə çevrilib.
Səməd Bəşirli rCAREC-lə əmədaşlıq perspektivlərinə də toxunaraq" Regional əməkdaşlığın parlaq səhifələrindən biri CAREC Proqramı çərçivəsində rifah yaratmaq üçün əməkdaşlıq etməkdir. Bu proqram çərçivəsində həyata keçirilən layihələr nəqliyyat, ticarət və enerji infrastrukturunun və siyasətlərinin yaxşılaşdırılmasına kömək etmiş və daha yaxşı əlaqənin faydalarını yaymışdır. Şərqi Asiyanı Avropa ilə birləşdirən beynəlxalq nəqliyyat dəhlizinə əsas investisiyalar qoyulub,"-deyə əlavə edib.
Müəllif:Aynur Qəniyeva