BİZNES

14 Sentyabr

Azərbaycanda geyim, dəri məmulatların, ayaqqabıları istehsalı 60%-ə yaxın ARTIB

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 325,1 milyon manat dəyərində məhsul istehsal edilib.

"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumatda bildilir ki,əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 59,9 faiz, geyim istehsalında 47,3 faiz artım, toxuculuq sənayesində isə 28,0 faiz azalma müşahidə olunub.