BİZNES

13 Sentyabr

Azərbaycanda vergi ödəyicilərinin sayı 7%-ə yaxın ARTIB

Dövlət Vergi Xidmətinin məlumatına görə, 2022-ci il sentyabrın 1-nə respublika üzrə uçotda olan 1.379.592 vergi ödəyicisinin 87,5 faizi fiziki şəxs, 12,5 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

"Fins.az" xəbər verir ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 88.027 (6,8 faiz), o cümlədən fiziki şəxslərin sayı 73.616 (6,5 faiz və ya ümumi artımın 83,6 faizi), hüquqi şəxslərin sayı isə 14.411 vahid  (9,2 faiz və ya ümumi artımın 16,4 faizi) artıb. Kommersiya qurumlarının sayı 10 faiz artaraq 155.735 vahid təşkil edib.

Yanvar-avqust ayları ərzində 10.234 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,8 faiz çoxdur. Həmin kommersiya qurumlarının 71,3 faizi elektron qaydada, 28,7 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Onlardan 1.817-nin (ümumi qeydiyyatın 17,8 faizi) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.

Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 76 faizi yerli, 24 faizi xarici investisiyalı müəssisələrdir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14 faiz artıb.