BİZNES

13 Sentyabr

Azərbaycanın ÜDM-i açıqlanıb -MƏBLƏĞ

2022-ci ilin yanvar-avqust aylarında ölkədə 84880,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunub. 

"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb. 

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 10,3 faiz artıb. 

ÜDM istehsalının 52,5 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib. 

Qeyd edilib ki, əhalinin hər nəfərinə düşən ÜDM 8440,1 manata bərabər olub. 

Müəllif:Aynur Qəniyeva