Avropa Yenidənqurma və İnkişaf Bankı uzun illərdir bizim tərəfdaşımızdır.
"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Gəncədə şəhərinin küçələrin işıqlandırılması ilə bağlı layihənin icrasına dair müqavilə imzalanması mərasimində deyib.
Nazir bildirib ki, bizim AYİB ilə əməkdaşlığımız kifayət qədər güclü əsaslarda inkişaf edir və Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini əhatə edir.AYİB keçid dövründə də Azərbaycan iqtisadiyyatına dəstək olub.
Nazir AYİB-lə Azərbaycanın birgə layihələrdə əməkdaşlığına toxunaraq "Bizim görəcəyimiz işlər daha böyük ola bilər.Əmkarlarımızla məhsuldar müzakirələrimiz oldu.Hökümətdə olan həmkarlarıma da təşəkkür edirəm.
Mikayıl Cabbarov "Prezident İlham Əliyevin rəhbərliyi altında biz daha dərin,daha iddialı və dayanıqlı rəqabət bacarığı yüksək olan iqtisadiyyat qurmağa müvəffəq oluruq. Bu əməkdaşlığın və tərəqqinin bariz nümunəsidir.AYİB kimi təsisatların əməkdaşlığın hər bir vətəndaş üçün faydalı olması ələxsus layihə çərçivəsində Gəncə şəhərinin əhalisi üçün faydalı olmasını bir daha nümayiş etdirir.Bildiyimiz kimi layihənin ikinci komponenti də var “Yaşıl şəhər”-dir .Gəncə artıq Avropadakı 55 yaşıl şəhərdən biridir.Azərbaycan hökümətinin yaşıl və dayanıqlı yaşayış tərzinə münasibət 2030-cu il üçün Milli prioritetlərdə də öz əksini tapıb.Qarabağ iqtisadi regionunun bərpasında da yaşıl enerji əsas prioritet istiqamətdir."-deyə əlavə edib.
Müəllif: Aynur Qəniyeva