2022-ci ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7%, əvvəlki ilin avqust ayına nisbətən 109,5% təşkil edib.
"Fins.az" xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Məlumatda bildilir ki, cari ilin avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, paltarların, ayaqqabıların, mənzillərin, məişət cihazlarının təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana, kosmetoloji və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.
Bildilir ki,digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Müəllif:Aynur Qəniyeva