2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 114 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub.
"Fins.az" xəbər verir ki, Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 30653,2 milyon ABŞ dolları təşkil edib.
Məlumata görə ticarət dövriyyəsinin 23159,4 milyon dollarını və ya 75,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 7493,8 milyon dollarını (24,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 15665,6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 71,7 faiz, real ifadədə isə 7,2 faiz artmışdır. İxrac real ifadədə 12,3 faiz artmış, idxal isə 2,3 faiz azalmışdır