BİZNES

12 Sentyabr

Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkələrində nə qədər pul xərcləyib?

2022-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30874,5 milyon manatlıq mal və məhsul satılıb. 

"Fins.az" xəbər verir ki,bu barədə Dövlət Statistika Komistəsi məlumat yayımlayıb.

Məlumata görə, o cümlədən 17426,0 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13448,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2021-ci ilin yanvaravqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artmışdır.