BİZNES

09 Sentyabr

Vergi daxilolmaları üzrə dövlət büdcəsinə köçürülən vəsait 67.8% ARTIB

Bu ilin yanvar-avqust aylarında vergi daxilolmaları üzrə dövlət büdcəsinə 9 787,4 mln. manat vəsait köçürülüb.

“Fins.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Tvitter“ hesabında yazıb.

Nazir əlavə edib ki, bu vəsaitin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 954,2 mln. manat və ya 67,8% artıb