Hazırda Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma potensialının 40 faizə qədərindən istifadə edilir
"Fins.az" xəbər verir ki, bunu TRACECA-nın Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov
“Hazırda Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma potensialının 40 faizə qədərindən istifadə edilir. Bu göstərici limanın inşasının hazırkı birinci fazasına aiddir. İkinci fazada limanın yükaşırma qabiliyyəti 25 milyon tona qədər artırılacaq, liman 500 min konteynerə qədər yük qəbul edə biləcək. 2030-cu ilədək TRACECA yükdaşımanı 700 min konteynerə qədər yüksəldə bilsə, bu o deməkdir ki, bizim limanımız ikinci faza tamamlananda artıq bu həcmdə yükü rahatlıqla qəbul edə biləcək. Bunun üçün Qazaxıstan tərəfi də bəzi işlər görməlidir. Qazaxıstanla Çin sərhədindəki Xorqos yük terminalının yükaşırma potensialı kifayət qədər böyükdür və bundan istifadə edilməlidir”.