BİZNES

08 Sentyabr

Azərbaycanda "Silikon vadisi"nə bənzər model yaradıla bilər

Azərbaycanda "Silikon vadisi"nə bənzər model yaradıla bilər.

Bunu elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, bu məsələ ali təhsil müəssisələrinin rektorları ilə görüşdə müzakirə ediləcək. "Bu modelin yaradılması strateji fəaliyyət planına salına bilər. Burada tələbələrin ideyaları, startapları, biznes mühitinə çıxış imkanları qiymətləndiriləcək".

© APA