BİZNES

08 Sentyabr

DGK xətti ilə büdcə daxilolmaları 34% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 767 060,8 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% çoxdur.

 DGK-nın dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 18,8% artaraq 905 770,7 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 41,8% artaraq 2 712 874,7 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk səkkiz ayında daxilolmalar 0,06% azalaraq 106 325,8 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 42 089,3 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 49,8% çoxdur.

(c)APA