BİZNES

07 Sentyabr

Cabbarov və Stoyanov Bakı ilə Sofiya arasında iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ilə görüşüb.

“Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin təşviqi, investisiya imkanlarının müəyyənləşdirilməsi, nəqliyyat-tranzit sahəsində əməkdaşlıq və Bolqarıstana qaz tədarükü ilə bağlı məsələləri müzakirə etdik”, - Cabbarov Facebook hesabnda yazıb.