Türkmənistanla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
"Fins.az" xəbər verir ki,bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: “Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov ilə ölkələrimiz arasında dostluq və qardaşlığa əsaslanan münasibətlərin əhəmiyyətini vurğuladıq, iqtisadi-ticarət əməkdaşlığının daha da genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”.