BİZNES

06 Sentyabr

Putin: “Sanksiyalar davam edərsə, çox uzun və dərin tənəzzül ola bilər”

Rusiya hökumətinin daxili hesabatına görə, Rusiya ABŞ və Avropanın sanksiyalarının təsiri genişləndikcə daha uzun və daha dərin tənəzzüllə üzləşə bilər.

"Fins.az" xəbər verir ki,Prezident Vladimir Putin Ukraynaya müdaxilə nəticəsində Rusiyanın iqtisadi təcridinin əsl təsirini qiymətləndirməyə çalışan məmurların və ekspertlərin aylarla davam etdirdikləri işin nəticəsi olan bu sənəd rəsmilərin adətən nikbin ictimai bəyanatlarında səsləndirdiyindən qat-qat qorxulu mənzərə yaradır.

Hesabatdakı üç ssenaridən ikisi gələn il daralmanın sürətlənəcəyini, iqtisadiyyatın yalnız on ilin sonunda və ya daha sonra müharibədən əvvəlki səviyyəyə qayıdacağını göstərir.

“Ətalət” ssenarisi iqtisadiyyatın gələn il 2021-ci il səviyyəsindən 8,3 faiz aşağı düşəcəyini, “stress” ssenarisi isə 2024-cü ildəki ən aşağı səviyyəsini keçən ilki səviyyədən 11,9 faiz aşağı qoyur.