BİZNES

05 Sentyabr

Türkiyədə 2025-ci il üçün inflyasiyanın proqnozu

Bazar günü hökumət qəzeti "Resmi Gazete "də dərc olunan ölkənin orta müddətli iqtisadi inkişaf proqramına əsasən, Türkiyədə 2025-ci ilin sonunda inflyasiya səviyyəsinin cari ilin sonundakı 65% ilə müqayisədə 9,9% olacağı gözlənilir .

"Fins.az" xəbər verir ki, sənəddə qeyd olunur ki, gələn il Türkiyədə inflyasiya 24,9%, 2024-cü ildə isə 13,8% səviyyəsində planlaşdırılır.

Türkiyə Milli Statistika Xidmətinin məlumatına görə, iyulda ölkədə illik inflyasiya 79,6% təşkil edib və son illərin rekord səviyyəsidir. Eyni zamanda, müstəqil İnflyasiya Analizi Qrupunun məlumatına görə, inflyasiya 176%-ə yüksəlib.

Hökumət proqramında Türkiyə iqtisadiyyatının artımının 2022-ci ildə 5%, gələn il 5,2%, 2024 və 2025-ci illərdə isə 5,5% olacağı nəzərdə tutulur. 

Bu ilin sonunda ölkədə işsizlik 10,8%, gələn il 10,4%, 2024-cü ildə 9,9% və 2025-ci ildə 9,6% səviyyəsində gözlənilir.