BİZNES

03 Sentyabr

Bakının ticarət dövriyyəsi artıb

Bakının ticarət dövriyyəsinin həcmi bu ilin yanvar-iyul aylarında 15247,2 milyon manat təşkil edib.

Fins.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7% çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6% artaraq 8532,6 milyon manat, qeyri-ərzaq məhsullarının həcmi isə 1% artaraq 6714,6  milyon manat olub.

Əlavə edək ki, istehlak məhsullarının 36,3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17%-i isə paytaxtın məhsul bazarlarında satılıb.