“Bildiyiniz kimi hər il tədris ilinin başlanması ilə əlaqədar kirayə mənzil bazarında qiymətlərdə artım müşahidə edirik. Bu il də istisna deyil"
Bazarın tendensiyası ondan ibarətdir ki, bir məhsula tələbat varsa, onun qiymətinda yüksəlişin olması təbiidir.
Tədris ilinin başlanması ilə əlaqədar olaraq tələbələrin Bakı şəhərinə axının şahidi oluruq. Bu baxımdan qiymətlərin artmasının bir müddət davam edəcəyini proqnozlaşdırmaq olar. Bu proses təxminən nəticələr bəlli olandan sonra start götürüb, üzümüzə gələn bir ay ərzində davam edəcək.
Daşınmaz əmlak bazarında, xüsusilə də kirayə mənzil bazarında qiymətlərin artımını görəcəyik. Hər il dövrü olaraq bu proseslə qarşılaşırıq. Sadəcə bundan əvvəlki illərdə pandemiya ilə bağlı olaraq sözügedən tendensiya o qədər də müşahidə olunmadı.
Əksinə, qiymətlərin enməsinin şahidi olduq. Hələ ki, qapanma ehtimalı yoxdur. Təhsilin tam, birbaşa üsulla keçirilməsi nəzərdə tutulur. Hazırda Bakıda mənzil axtarışı bazara öz təsirini göstərir.
Hesab edirəm ki, prosesdə birotaqlı mənzillər aktuallıq təşkil edəcək. Tələbələr əsasən minimal imkanlara malik mənzillərin axtarışında olacaq. Bu baxımdan daşınmaz əmlak bazarında 10-15 faiz civarında artım müşahidə edəcəyik. Bu aktivlik təbiidir.
Təxminən bir aydan sonra qiymətlərin əvvəlki kimi olacağı proqnozlaşdırılır”.