Bu ilin yanvar-iyul aylarında Azexport.az portalına 288,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin iyul ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 40 milyon ABŞ dolları təşkil edib.
Fins.az-ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2022-ci ilin iyun ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin şərab, meyvə şirəsi, tomat, mineral su, tütün, fındıq ləpəsi, fındıq qabığı, biyan kökü, toyuq əti, şaftalı, mühərrik yağı, tibbi zəli, və s. məhsullar üstünlük təşkil edib.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 iyul tarixinə kimi (67 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,12 milyard ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20,9 milyon ABŞ dolları olub.