Bu ilin yanvar-iyul aylarında “Azərkosmos” tərəfindən dünyanın 35 ölkəsinə 15,1 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə peyk operatorunun əldə etdiyi gəlir 13,6 milyon dollar və ya 47% azalıb.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83%-ni təşkil edib. 2022-ci ilin iyul ayında isə “Azərkosmos” dünyanın 30 ölkəsinə 2,1 mln. dollar dəyərində xidmət ixrac edib.
2022-ci ilin yanvar-iyul ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 3,9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,2 milyon ABŞ dolları ilə Fransa, 2,6 milyon ABŞ dolları ilə Lüksemburq, 1,4 milyon ABŞ dolları ilə BƏƏ və 0,8 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.