BİZNES

30 Avqust

Əczaçılıq məhsullarının idxalı artıb

Cari ilin yeddi ayında 17,5 min ton əczaçılıq məhsulları idxal edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən əczaçılıq məhsullarının dəyəri 376,7 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin yanvar-iyul aylarında dəyəri 300 milyon dollar olmaqla 13,6 min ton əczaçılıq məhsulları idxal edilib.