Cari ilin yeddi ayında 119,1 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 267,9 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 200,4 milyon dollar olmaqla 97 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.