Yanvar-iyul aylarında 39,4 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 145 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 72,8 milyon dollar olmaqla 30,5 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.