Azərbaycana bu ilin yanvar-iyul aylarında 59,5 milyon ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 13,3% artıb.
Əlavə edək ki, bu ilin ilk 7 ayında bu kateqoriyadan olan məhsulların ölkənin ümumi idxalında xüsusi çəkisi 0,79% təşkil edib.