"Apple" şirkətinin "iPhone 14" modelinin bu ilin sentyabrın 7-də təqdimatı keçiriləcək.
Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, təqdimat 6,1 düymlük "iPhone 14", 6,7 düymlük "iPhone 14 Max", 6,1 düymlük "iPhone 14 Pro" və 6,7 düymlük "iPhone 14 Pro Max"dan ibarət olacaq.