Avqustun 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı” mövzusunda təlim keçiriləcək.
KOBİA-dan fins.az bildirilib ki, təlimdə Bakı KOBİM-in eksperti Səid Namazov kənd təsərrüfatı subyektlərinin qeydiyyatı, yerli və beynəlxalq tələblər, sertifikatlaşdırma modelləri, məhsulun planlaşdırılması, spesifikasiyalar və məhsulların ixracı mövzularında məruzə edəcək.
Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300-80-02 nömrəsi ilə əlaqə saxlaya və ya “[email protected]” elektron poçt ünvanına müraciət edə bilərsiniz.